Üstü bəzək altı... - Həyət evləri almaq istəyənlərə XƏBƏRDARLIQ

9-09-2024, 17:09           
Üstü bəzək altı... - Həyət evləri almaq istəyənlərə XƏBƏRDARLIQ
Görünüşü dəbdəbəli, qiyməti ucuz olsa da, keyfiyyəti sual altındadır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət "makler" evləri kimi tanınan həyət evlərindən gedir.

Real bazar qiymətindən dəfələrlə ucuz satılan bu evlərə son zamanlar tələbat artıb. Lakin ekspertlər ev almaq istəyənlərə bu məsələdə diqqətli olmağı tövsiyə edirlər.

Əmlak üzrə ekspert Ülvi Əliyevin sözlərinə görə, 100 kvadratmetr ev tikmək üçün təxminən 60 min manat pul lazımdır. Amma elan saytlarında bu ölçüdə olan makler evlərinin qiyməti 45 min manatdan başlayır.

Belə evlərin ucuz olmasının digər səbəbi əmlakın çıxarışının olmamasıdır.

Əksər hallarda ucuz satılan evlər kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru