Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...

13-09-2024, 00:08           
Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...
" "Kontakt Home"-a müraciət edirəm... Müştəriyə qarşı laqeyd və bivec davranan 2-ci bir mağaza yoxdu özünüz kimi!"

Dia-az.İnfo xəbər verir ki, bunu keçmiş deputat Elnur Allahverdiyevə məxsus olan "Kontakt Home"dan giley edən Nəcəf Nəcəfzadə adlı vətəndaş bildirir.

O daha sonra əlavə edir: "31 avqust tarixində gənclik mall mağazanızdan 2 məhsul almışam.

2 sentyabr tarixində evə çatdırılma olub. Məhsullardan biri qüsurlu olduğu üçün çatdırılma əməkdaşına təhvil verib , aktda həmin məhsulu minuslamışam, dəyişdirilməsi üçün qeydimi yazıb imzalamışam.

Artıq bugün ayın 12-i. çatıdırlmanın üzərindən keçən 8-ci iş günüdür. Hələ də mənə bildirilir ki, məsələ araşdırılır.

1-ci növbədə mən müştəriyəm və mənim heç bir günahım yoxdur ki, sənin məhsulun mənə qüsurlu gətirilib. Ola bilər anbardarın ya da çatdırılma komandanın günahı var. Bunun mənə heç bir dəxli yoxdur ! Başa düşürsüz bunu ?! Yox, çünki müştərini anlamaq, prosesləri anlamaq səriştə tələb edir.

2-ci növbədə ÖZ daxili qaydalarınızı açın oxuyun. Nə qədər xaotik vəziyyətdəsiz ki, öz yazdıqlarınıza özünüz əməl edə bilmirsiz.

Özünüzə yazmışam və demişəm , burdan da deyirəm. Sahibkar , rəhbər başa düşürəm , yaxşı qazanc var. Müştəri ilə birbaşa əlaqədə deyilsiz. Ancaq məni telefonda yola verən çağrı mərkəzi əməkdaşları - özünüzə normal iş tapın, heyifsiz..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru