Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıta verilməsinin hansı üstünlükləri var?

1-10-2024, 16:54           
Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıta verilməsinin hansı üstünlükləri var?
Bakının Binəqədi rayonunun, həmçinin Abşeronun bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə daxil edilməsindən xeyli vaxt ötür.

Maraqlıdır, bəs bu müddətdə həmin ərazilərdə nə dəyişib? Sözügedən ərazilərdə, xüsusilə, daşınmaz əmlak və kirayə qiymətlərində dəyişiklik varmı?

Rieltorlar deyiblər ki, son vaxtlar sözügedən ərazilərdə böyük torpaq sahələri alanların sayı azalıb.

Onların sözlərinə görə, daşınmaz əmlak bazarında müşahidə olunan dəyişiklik bu ərazilərdən də yan keçməyib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə bildirib ki, Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeronun sərhədləri müəyyənləşdiriləndən sonra sənədləşmə və texniki işlər baxımından sakinlərin işi xeyli asanlaşıb.

Eyvaz Qocayev vurğulayıb ki, qanunun qəbulundan sonra ərazilərin xəritəsi dəqiqləşdirilib. Xidmət sahələri də əvvəlki kimi Sumqayıtla bağlıdır.

Ətraflı "Xəzər xəbər"in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru