21 milyonluq tenderi kim udacaq?

3-10-2024, 17:08           
21 milyonluq tenderi kim udacaq?
İqtisadiyyat Nazirliyi nəhəng bir İT layihəni tenderə çıxarıb. Layihə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.
Tenderin ehtimal olunan qiyməti 21.881.253 manatdır.
Anlaşıqlı desək, bu layihə ölkə miqyasında coğrafi məlumatların toplanması, saxlanması, emal edilməsi və istifadəsi üçün nəzərdə tutulan bir informasiya sistemini yaratmağı hədəfləyib.
Layihədə çoxsaylı məlumatların (topoqrafik, geoloji, ekoloji, şəhər yolları, su şəbəkələri, elektrik xətləri , su hövzələri, meşə sahələri və ya çirklənmiş bölgələr, şəhərsalma planları , fərdi torpaq mülkiyyətlərinin qeydiyyatı və kadastr məlumatları və s.) inteqrasiya olunduğu rəqəmsal xəritənin yaradılması nəzərdə tutulub .
Bu tip sistemin yaradılmasında əsas məqsəd məkan məlumatlarını effektiv və birgə şəkildə idarə etməklə dövlət və özəl sektor üçün, vətəndaş üçün daha effektiv qərar qəbuletmə proseslərini dəstəkləməkdir.
Xatırladıram ki, bir neçə il öncə qəbul edilən qanunvericilikdə Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması nəzərdə tutulsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb.
Hiss olunurdu ki, bu məsələdə müxtəlif qruplar arasında maraq toqquşmaları var.
İndi kim qatılacaq, kim qalib olacaq bu nəhəng İT layihəsi üzrə tenderdə?
Bunu demək çətindir.
Cəmi bir-iki İT şirkətimiz var ki, buna iddia edə bilər.
Bilmək olmaz, bəlkə də İsrail, yaxud Türkiyə şirkətlərinə həvalə edə bilərlər bu layihəni.
Hansı ki, milli təhlükəsizlik baxımından bu, elə də uğurlu variant olmaya bilər.
Tenderin qalibi 16 noyabrda bilinəcək.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.