Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT

4-10-2024, 15:27           
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir - TƏFƏRRÜAT
Ehtiyatda olan hərbi qulluqçu, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin muzey müdiri Zəminə Bayramova (Xınalı) Yasamal Rayon Məhkəməsinə müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zəminə Xınalı Yasamal rayonu ərazisində yerləşən binadakı ev üzrə mənzil hüququnun tanınmasını və həmin evdə 32 ildir yaşayan keçmiş məcburi köçkünlərin çıxarılmasını tələb edib.

O bildirib ki, 1992-ci ildə Yeni Yasamal küçəsi 1, bina 12-də yerləşən mənzilinə Şuşa rayonundan olan məcburi köçkünlər yerləşib. 32 il ərzində həmin evdə təmənnasız yaşayan Quliyevlər ailəsinin mənzilin sənədini qəsdən yoxa çıxardığını iddia edən şikayətçi Əmlak Məsələləri Dövlət Xidmətini və yerli icra hakimiyyətini məhkəməyə verərək mənzil üzərində mülkiyyət hüququnun tanınmasını və sənədlərin bərpa edilməsini tələb edib. O, həmçinin ailənin də mənzili təhvil verməsini istəyib.

Müraciət üzrə məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Zəminə Xınalı bir sıra dövlət qurumlarının marşlarının müəllifidir. Prezidentin Sərəncamı ilə 2015-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru