DALĞICLARA - ödənilən bu mükafatın adını daha düzgün olaraq - KOMPENSASİYA və YA MÜAVİNƏT ADLANDIRMAQ DAHA DÜZGÜN olmazmı?
7-10-2024, 09:08
Azərbaycanın: neft-qaz sahəsində mövcud olan və öz spesifikliyi, ağırlığı və məsuliyyətli olan və seçilən peşələrdən biri də dalğıclardı
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən işçilərə ödənilən: əmək haqqından,o cümlədən əmək haqqına edilən əlavələrdən və mükafatlardan gəlir vergisi tutulur. Bu Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələbidir. Lakin, müstısna hal kimi elə mükafatlar da vardır ki, onlar gəlir vergisinə cəlb olunmur. Bunlardan biri də dalğıclara, su altında dalğıc işlərinin yerinə yetirilməsi ilə əlaqədar ödənilən pul vəsaitidir və bu ödəniş də mükafat adlanır.
Qüvvədə olan normativ hüquqi aktlarda bu işlərin, yəni, dalğıc işlərinin yerinə yetirilməsi ilə əlaqədar, su altında olma saatlarına görə haqlı və ədalətli olaraq dalğıclara-mükafatın verilməsi nəzərdə tutulur. Bu mükafatın da - mükafat kimi gəlir vergisindən azad olması bir çox hallarda sual yaradlr,nədən bu ödəniş və ya mükafat gəlir vergisindən azaddır?
Bu əlbəttə ki, bi sahədə müəyyən təcrübəsi olan bir hüquqşünas mənim şəxsi fikrimdir. Əslində DALĞICLARA ödənilən bu mükafatın adı formal olaraq -mükafat adlanlr.
Əslində vəya reallıqda isə dalğıclara ödənilən bu ödəniş və ya mükafat- mükafat deyil, hər bir ödəniş mahiyyətinə görə -sağlamlığın bu və ya digər şəkildə bərpasıilə əlaqədar işçiyə dalğıclara ödənilən kompensasiya və ya müavinətdir, əvəz ödəməkdir.Bu əsasdan da dalğıclara ödənilən mükafat və ya mənim dediyim kimi müavinət və ya kömpensasiya gəlir vergisindən azad edilməlidir və ədalətli olaraq da gəlir vergisindən azaddır. Lakin, bu ödənişin adı mükafat deyil, kompensasiya və ya müavinət adlandırılması daha düzgün olar
Çünki, bu mükafat dalğıclara - əmək və ya digər nailiyyətlərinə görə, peşəkarlığa və sair uğurlara görə ödənilən mükafat deyil, bu ödəniş müəyyən saatlarda su altında qalma saatlara görə, sağlamlıqla əlaqədar, dalğıcın sağlamlığa dəymiş ziyanın əvəzi kimi ona ödənilən müavinət və ya kompensasiyadır. Belə ki, müəyyən saatlarda su altında qalma, qorxu, stres, hava çatışmamazlığı, təzyiq və sair hallar dalğıcın sağlamlığına böyük ziyan vurur, bu əsasdan da bu ödənişi mükafatdan daha çox sağlamlığın bərpası və əvəz etmə ilə əlaqədar ödəniən kompensasiya və ya müavinət adlandırmaq daha düzgün olardı.
Azer Quliyev
TEREF