Bu ilin sonuna qədər Azərbaycanda hansı bank bağlana bilər?

7-10-2024, 15:21           
Bu ilin sonuna qədər Azərbaycanda hansı bank bağlana bilər?
2024-cü ilin birinci rübünə olan məlumatlara əsasən ölkədə Mərkəzi Bankın nizamnamə kapitalı tələbi ilə bağlı maliyyə vəziyyətli riskli hesab edilən bir neçə bank var. Gundemino.az rəsmi qaynaqlara istinadən xəbər verir ki, hazırda MB-nin 50 milyonluq minimum nizamnamə kapitalı tələbi ilə bağlı riskli vəziyyətdə olan bir neçə bank var.

Bu bankların ilin sonundan etibarən fəaliyyətini dayandıracağına dair ehtimallar da yerli mediada tirajlanıb.

Ekspertlər hesab edir ki, iliin maliyyə yekunlarında MB bu bankların nizamnamə kapitalı, eyni zamanda problemli kreditlərlə bağlı vəziyyətini qiymətləndirəcək.

Müvafiq olaraq qoyulmuş tələblərə uyğun gəlməyən bankların lisenziyası ləğv edilə bilər.

Gundeminfo.az xəbər verir ki, rəsmi məlumatlara əsasən hazırda nizamnamə kapitalı minimum həddə olan banklar, Muğanbank, - (60 milyon manat)
Bank BTB - (50 milyon manat), Ziraat Bank Azerbaijan - (50 milyon manat), Yapı Kredi Bank Azerbaijan - (50 milyon manat)dır.

Eyni zamanda kapitalı az olan banklarda problemli kreditlər də onların fəaliyyətinə ciddi təsir edir.

Gundeminfo.az xəbər verir ki, ölkə üzrə ümumi problemli kreditlərin həcmi ilin əvvəlindən etibarən 7.2% artıb, lakin ötən illə müqayisədə 22.6% azalma müşahidə edilib. Azərbaycanın bank sektorunda, ümumilikdə, problemli kreditlərin səviyyəsi təxminən 10%-i keçmir.

Məhz Azərbaycan bank sektorundakı problemli kreditlər daha çox kiçik banklara təsir göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.