DOVŞAN ətinin satışı toyuq əti ilə rəqabətə girir - 2 kq - lıq İtaliya, Fransa və Amerika dovşanları...
8-10-2024, 11:14
DOVŞAN ətinin satışı toyuq əti ilə rəqabətə girir - 2 kq - lıq İtaliya, Fransa və Amerika dovşanları... Azərbaycanda dovşan ətinin satışı ənənəvi ət istehsalının satışı qədər təşkil edib. Nə az, nə çox kiloqramı hətta toyuq ətindən bir az bahadır. Onlayn satış platformalarında kiloqramı 10 - 15 manat arası dəyişən dovşan ətinin hansı ölkənin sortu olması da maraqlı məqamlardandır. Belə ki, artıq bazarda yerli dovşan əti ilə yanaşı İtaliya, Fransa və Amerikadan gətirilmiş məhsuldar dovşan cinsləri sənaye üsulu ilə artırılaraq əhalinin ətə olan təlabatı ödənilir. Salyan rayonu, Kür - Qaraqaşlı kəndində dovşan yetişdirilməsi ilə məşğul olan ferma marketlər üçün dovşan əti ixrac edəcək. Dovşan ferması üçün avadanlıqlar İtaliyadan gətizdirilib. Cins dovşanların kiloqramı 1 kq 800 qr, 2 kq olur. Bildirilir ki, 10 - 15 kq sort dovşanlar da olur ki, bunların ölkəmizdə istehsalı hələ ki, nəzərdə tutulmur. Dovşan ətinin faydaları sırasına dietik olması və uşaq qidasında əhəmiyyətli rol oynaması göstərilir.