Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - Siyahı

9-10-2024, 00:02           
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - Siyahı
Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 33 min 333 manat 33 qəpik olan tender müsabiqəsinin qalibi “Smart Supplıer” MMC (VÖEN - 1804790291) olub.
“Smart Supplıer” MMC Göygöl rayon Mərkəzi Xəstəxanasının sifarişi ilə bu quruma təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Smart Supplıer” MMC-nin qanuni təmsilçisi Yəhyayeva Səbinə Oqtay qızıdır.

Məlumat üçün bildirək ki, “Smart Supplıer” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
Lerik rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33 manat;
Metrologiya İnstitutunun tenderi – 58 888,88 manat;
Bank Aktivlərinin İdarə edilməsi Agentliyinin tenderi – 14 141,14 manat;
Aqrar Kredit və İnkişaf Agentliyinin tenderi – 26 299,96 manat;
Şabran rayon Mərkəzi Xəstəxanasının tenderi – 31 888,88 manat;
Göygöl rayon Mərkəzi Xəstəxanasının tenderi – 33 333,33.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru