Göyçay sakini hərbi xidmət zamanı həlak olan oğluna şəhid statusu verilməsini istəyir, amma...

9-10-2024, 09:24           
Göyçay sakini hərbi xidmət zamanı həlak olan oğluna şəhid statusu verilməsini istəyir, amma...
Göyçay rayonu, Şəkər kənd sakini Musayev Vüqar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi hərbi xidmət zamanı həlak olan oğluna Şəhid statusu verilməsini istəyir:

“Yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, övladım Musayev Vahid Vüqar oğlu 04.08.2017-ci ildə N nömrəli hərbi hissədə əsgər yoldaşı tərəfindən qəsdən güllələnib. Düşünür ki, əsgər yoldaşı tərəfindən güllələnsə də, şəraitə uyğun olaraq oğluma Şəhid statusu verilməli idi. Bu səbəbdən, aidiyyət orqanlardan xahiş edirəm ki, oğluma Şəhid statusu verilməsi üçün mənə köməklik göstərsinlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasını Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarını”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

Aynurə İSMAYIL

Hurriyyet.azGöyçay rayonu, Şəkər kənd sakini Musayev Vüqar tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi hərbi xidmət zamanı həlak olan oğluna Şəhid statusu verilməsini istəyir:

“Yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, övladım Musayev Vahid Vüqar oğlu 04.08.2017-ci ildə N nömrəli hərbi hissədə əsgər yoldaşı tərəfindən qəsdən güllələnib. Düşünür ki, əsgər yoldaşı tərəfindən güllələnsə də, şəraitə uyğun olaraq oğluma Şəhid statusu verilməli idi. Bu səbəbdən, aidiyyət orqanlardan xahiş edirəm ki, oğluma Şəhid statusu verilməsi üçün mənə köməklik göstərsinlər”.

Qeyd edək ki, Azərbaycan Respublikasını Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarını”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətlərində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

Aynurə İSMAYIL

Hurriyyet.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.