Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və bərpa olunması hansı qurumlar tərəfindən həyata keçirilir?

9-10-2024, 08:18           
Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və bərpa olunması hansı qurumlar tərəfindən həyata keçirilir?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət və bərpa olunması hansı qurumlar tərəfindən həyata keçirilir?
Yalnız bu qurumlarda baxılan və qəbul edilən qərarlar, tərəflər arasında yaranmış əmək mübahisələrinin sona yetməsi ilə nəticələnə bilər.
Pozulmuş əmək hüquqlarının bərpası yalnız bu ardıcıllıqla həyata keçirilə və bərpa oluna bilər. Eyni zamanda işəgötürən tərəfindən də könüllü olaraq və ya öz iradəsi əsasında əmək hüquqları bərpa oluna bilər. Əlbəttə ki, ədalətli və qanuni baxılsa, ədalətli yanaşma olsa
1.Həmkarlar ittifaqları. işçilərin: əmək, sosial, iqtisadi hüquqlarının, qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət həmkarlar ittifaqları orqanları tərəfindən həyata keçirilir
2. İşəgötürənlərin: əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarət - İşəgötürənlərin nümayəndəli orqanları tər-n həyata keçirilir.
3. İşəgötürən, əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar təşkilatının fəaliyyətinə, habelə onların qanuni və əsaslı tələblərinə əməl edilməməsi yolverilməzdir.
4. Dövlət Əmək Müfəttişliyi Xidməti: Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti bu qurum tərəfindən həyata keçirir.
5. Dövlət Əmək Müfəttişliyi Xidməti: əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri əmək və sair hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati məsuliyyətə cəlb etmək, digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir.
6. Prokurorluq orqanları: Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, əmək qanunvericiliyinin tələblərinə düzgün əməl edilməsinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində buqurum tərəfindən həyata keçirir.
7.İstər işçilər,istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya digər qaydada məhdudlaşdırmağa, hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə və öhdəlikləri yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
8. Mediasiya təşkilatı. İşçi və İşəgötürən arasında olan mübahisəyə ilkin və məcburi olaraq bu təşkilatda baxılır, tərəflər arasında olan münaqişə səviyyəsinin azaldılması və ya onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə həyata keçirilir.
9. Məhkəmə orqanları: İşçi və İşəgötürən arasında olan mübahisəyə məhkəmədə baxılması və icra olunması məcburi olan məhkəmə qərarının qəbul edilməsi.
10. Mediasiyada və Məhkəmədə tərəflərin əmək mübahisələrinə baxılması üçün iddia müddətlərinə əməl etməsi məcburidir.
11. Öz səlahiyyətləri sahəsində digər dövlət və hüquq mühafizə orqanları.
Azər Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.