Banklar təhlükəsizliyi təmin edə bilmir... - Pullarımızı necə qoruyaq?

9-10-2024, 11:39           
Banklar təhlükəsizliyi təmin edə bilmir... -
Son zamanlar ölkədə bank kartlarından oğurluq halları artıb.

Banklara güvənməyən vətəndaşlar şəxsi vəsaitlərini kartlarda saxlamaq istəmir. Kibercinayətkarlar ölkə xaricində olduqda kartlardan oğurlanan pullar çox zaman geri qaytarılmır.

Bəs banklar bank kartları ilə bağlı məlumatların məxfiliyinin qorunmasını və təhlükəsizliyini niyə təmin edə bilmir?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu tək Azərbaycanın deyil, bütün dünyanın problemidir:

"Bəzi bankların təhlükəsizlik sistemi daha yaxşıdır, bəzilərininki isə daha pisdir. Amma problemlər iki istiqamətdədir. Birincisi, vətəndaşın öz günahı olur, kart məlumatlarını kiməsə verir, internetdə şübhəli saytlarda kartını qeydiyyatdan keçirir. Sonra da o pulları ondan çıxartmağa başlayırlar. İkincisi, bəzi hallarda isə bu, bankın öz günahı səbəbindən baş verir".

Onun sözlərinə görə, bəzən bu işdə bankın öz işçilərinin də əli ola bilir:

“Bankın təhlükəsizlik sisteminın zəif olmasından istifadə edən kibercinayətkarlar o pulu kartlardan çıxarır. Banklar müştərilərini maarifləndirilməlidir, təhlükəsizlik sistemini gücləndirilməlidir. Hamı başa düşməlidir ki, problem tam həll olunmayacaq. Vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, əməliyyat apardığı hesabda pulu çox saxlamasınlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.