İpoteka kapitalı artırıldı: vətəndaşlara xeyri nə olacaq? - Açıqlama

10-10-2024, 11:14           
İpoteka kapitalı artırıldı: vətəndaşlara xeyri nə olacaq? - Açıqlama
"İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti bu gün fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq".

TEREF xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

"Nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlərə nə vəd edir" sualına gəlincə deputat qeyd edib ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır. Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:

"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.

İndiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 249 milyon manatdan çoxdur". \\BakuPost












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.