Parklanmadan yığılan pullar hara xərclənir?

10-10-2024, 12:24           
Parklanmadan yığılan pullar hara xərclənir?
Parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri Prezident İlham Əliyevin 2023-cü il 29 iyul tarixli “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanı ilə müəyyən olunub.
TEREF xəbər verir ki, bunu AYNA-nın parklanmanın təşkili departamentinin direktoru Tərlan Yəhyayev APA-ya müsahibəsində deyib.
O qeyd edib ki, parklanma yerlərinin idarə olunması və saxlanılması, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, parklanma ilə əlaqədar tətbiqlərin yaradılması, xüsusi texniki vasitələrin alınması və onların saxlanılması, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi parklanmadan daxil olan vəsaitin xərclənmə istiqamətlərinə daxildir:
"Həmçinin qaydaya əsasən həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edilir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru