Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək

7-11-2024, 17:25           
Aİİ və BƏƏ enerji və yaşıl texnologiyalar sahəsində əməkdaşlığı gücləndirəcək
AİK naziri BƏƏ-nin Energetika Nazirliyinin rəhbərinə Aİİ üzv dövlətləri tərəfindən enerji resursları üçün ümumi bazarların qurulması istiqamətində aparılan işlər barədə məlumat verib.
Avrasiya İqtisadi Komissiyasının (AİK) energetika naziri Arzıbek Kojoşev və BƏƏ-nin energetika naziri Suheyl Mohamed Al-Mazrui Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə BƏƏ arasında enerji sektoru sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər.
AİK naziri enerji resursları üçün ümumi bazarların qurulması, eləcə də bərpa olunan enerji mənbələrinin və Aİİ çərçivəsində iqlim gündəliyinin təşviqi istiqamətində Aİİ üzv dövlətləri tərəfindən görülən işlərdən danışıb.
Tərəflər enerjiyə qənaət və enerji səmərəliliyinin artırılması, həmçinin yaşıl texnologiyaların və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Xatırladaq ki, bu ilin oktyabrında BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zaid Əl Nəhəyyan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı ölkənin Aİİ ilə azad ticarət sazişi üzərində işləməyə davam etdiyini bildirmişdi.
BƏƏ ilə Aİİ arasında azad ticarət zonasının yaradılması üzrə danışıqlar ötən ilin martında başlayıb. Bu müddət ərzində tərəflər bir sıra məsləhətləşmələr aparıblar.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, sənəd digər məsələlərlə yanaşı, tariflərin liberallaşdırılması, gömrük və sənaye əməkdaşlığı, elektron ticarət və əqli mülkiyyət, ticarətin qorunması tədbirləri məsələlərini tənzimləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru