Zaqatalada növbəti doğuş faciəsi - 10 gündə üçüncü körpə öldü

11-11-2024, 00:06           
Zaqatalada növbəti doğuş faciəsi -
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.

Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub.

Doğuş zamanı ölü qız uşağı doğulub.

C. Əliyevanın valideynlərinin verdiyi məlumata görə, qızı C. Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.

Doğuşa kimi yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.

Hətta dünən axşam saatlarında C. Əliyeva doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verilib.

Lakin doğuşdan sonra valideynlərə uşağın ana bətnində bir neçə gün əvvəl öldüyü bildirilib.

C. Əliyevanın oktyabrın sonunda ultrasəs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.

Qeyd edək ki, son 10 gün ərazində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.

Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.