Abşeronda daha bir həkim səhlənkarlığı -uşaq ana bətnində öldü

11-11-2024, 15:18           
Abşeronda daha bir həkim səhlənkarlığı -uşaq ana bətnində öldü
Abşeron Rayon Mərkəzi Xəstəxanasında daha bir uşaq öldü

Noyabrın 10-da, günorta saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasına gətirilən L. Sadıqzadənin körpəsi bətnində ölüb. Xəstə yaxınlarının verdiyi məlumata görə L. Sadıqzadə son bir həftəyə yaxındır ki, hər gün məlum prosedur səbəbindən xəstəxanaya gəlirmiş və lazımı müayinələrdən də keçirmiş. Həkimlər də doğuşa hazırlığın qaydasında getdiyini bildirirmişlər. Lakin, bu gün gözlənilmədən körpə ana bətnində ölüb. Səbəb kimi zamanında həkim müdaxiləsinin olmaması iddia olunur. Xəstə yaxınları bildirir ki, keysəriyyə əməliyyatı ilə körpəni xilas etmək mümkün olardı… Ananın da durumunun ağır olduğu, çoxlu qan itirdiyi deyilir.

Məlumatla bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasından açıqlama almaq istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu./yenixeber.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru