Pul köçürmələrində orta komissiya 7%-dən aşağı düşüb

Dünən, 15:24           
Pul köçürmələrində orta komissiya 7%-dən aşağı düşüb
Dünyada pul köçürmələrində orta komissiya bir neçə il bundan əvvəllə müqayisədə xeyli azalıb.

Bunu UPT (“Universal Payment Transfer”) beynəlxalq pul köçürmə sisteminin CEO-su Murat Kastan Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumu”nda bildirib.

“İmmiqrantlar və xarici ölkələrdə yaşayanlar üçün pulköçürmə əhəmiyyətlidir. İnsanlar xaricdə yaşayan qohumlarından pul aldıqdan sonra onu əsas ehtiyaclarına sərf edirlər. Dünya üzrə baxsaq, pul köçürmələrində orta komissiya bir neçə il bundan əvvəl 11-12 % olduğu halda, bu gün 7 %-dən aşağı düşüb. Bəzi ölkələrində bu göstərici nisbətən yüksək, bəzi ölkələrdə nisbətən azdır”, – deyə o qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.