Kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard manatı ötüb

5-12-2024, 10:44           
Kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard manatı ötüb
Yanvar-oktyabr aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 96 milyon manat təşkil edib.

AYNA xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.5% və ya 2 milyard 117 milyon manat artıb.

Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 3 milyard 841 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 757 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 211 milyon manatı bankomatlar vasitəsi ilə, 276 milyon manatı isə ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Xatırladaq ki, 2024-cü il noyabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 227 min təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru