Yerkökü satışındakı durğunluğun səbəbi: Yerli bazara tələbat niyə azaldı?

5-12-2024, 12:18           
Yerkökü satışındakı durğunluğun səbəbi:
Bərdədə fermerlər yerkökü satışında durğunluq yarandığını bildirirlər.

Təsərrüfat sahiblərinin sözlərinə görə, yerkökü əkininə maraq getdikcə azalır. Bunun əsas səbəblərindən biri isə hər il çəkilən xərcin əldə edilən qazancdan çox olmasıdır.

"Kökə yerli bazarların tələbatının az olması səbəbindən durğunluq hökm sürür. Qiymət çəkilən xərci ödəmir. Keçən il bir manata satdığımız məhsulu bu il 60 qəpiyə veririk. Belə getsə, istehsalı azaltmalı olacağam", - deyə fermer narazılıq bildirib.

Qeyd edək ki, ötən illə müqayisədə əkin sahələrinin sayı təxminən iki dəfə azalıb. Belə ki, keçən il Bərdədə 275 ha sahədə yerkökü əkilib. Bu il isə bu rəqəm 132 ha təşkil edir.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru