Bakıda bu ərazidə evlər plana düşüb - Nə bina tikilir, nə də kirayə pulları verilir
5-12-2024, 16:30
Bakıda bu ərazidə evlər plana düşüb - Nə bina tikilir, nə də kirayə pulları verilirBina pilot layihə çərçivəsində bir neçə il əvvəl sökülüb, sakinləri isə kirayə mənzillərə çıxarılıb... Ancaq, indi tikinti şirkəti sakinlərin kirayə pulunu ödəməkdən iddia edir...
Kirayə pulunu ala bilməyən sakinlər isə onlara vəd edilən mənzildən də ümidlərini üzüblər.
"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən sakinlər deyirlər ki, paytaxtın Nərimanov rayonu Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən binaları pilot layihə adı ilə sökülüb. İndi isə yerləşdikləri kirayə mənzillərin ödənişi tikintini işlərini həyata keçirən "N-Turan" MMC tərəfindən qarşılanmır.
Sakinlər arasında ona vəd edilən mənzilin verilməyəcəyi cavabını alan da var.
Şikayətçilər deyirlər ki, şirkət rəhbərliyi ilə görüşmək istəsələr də, cəhdləri nəticəsiz qalıb.