Dövlət Radiotezliklər İdarəsinin "zerkalnı" tenderi... - 11.111.11 manat...

12-12-2024, 11:11           
Dövlət Radiotezliklər İdarəsinin "zerkalnı" tenderi... - 11.111.11 manat...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi cari ilin noyabr ayının 29-da sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, "Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması" lotu üzrə keçirilən satınalmanın məbləği 11.111.11 manat, qalibi isə "SECOP" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

Dövlət Radiotezliklər İdarəsinin "zerkalnı" tenderi...

Satınalma predmeti "Dövlət Radiotezliklər İdarəsinin veb saytının hazırlanması" kimi qeyd edilsə də, açıqlamada "Texniki tapşırığa uyğun olaraq tələblərin öyrənilməsi, dizayn edilməsi, mokapların hazırlanması, təhvil verilməsi" və "1 illik texniki xidmətin" göstərilməsi vurğulanır.

İdarənin sifarişçi olduğu satınalmada göstərilən xidmətin hansı meyarlarla hesablandığı, nəticədə ortaya "zerkalnı" rəqəmin - 11.111.11 manatın çıxması bir sıra suallar yaradır.

Qeyd edək ki, Dövlət Radiotezliklər İdarəsinin rəis vəzifəsini icra edən İlham Əhədovdur.

Dövlət Radiotezliklər İdarəsinin "zerkalnı" tenderi...

İlham Əhədov 2021-ci ildə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru