Əli Həsənovun keçmiş köməkçisi dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı

15-12-2024, 00:01           
Əli Həsənovun keçmiş köməkçisi dövlət qurumunu məhkəməyə verdi -
"Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Mehman Qədimbəyli Daşınmaz Əmlakın Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.

Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. Lakin işin təfərrüatları bəlli deyil.

Mehman Qədimbəylinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Səlma Salahova iş üzrə hakim təyin edilib.

Mehman Qədimbəyli Prezident Adminstrasiyasının ləğv edilmiş ictimiai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun köməkçisi olub.

Bundan başqa, ötən il Türkiyədə həbs edilən azərbaycanlı "tiktoker”lərin siyahısında onun da adı keçirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru