Fərhad Qəribovun qardaşı oğlu, Səttar Möhbalıyevin "sağ əli" vəzifəsindən azad edildi

16-12-2024, 12:26           
Fərhad Qəribovun qardaşı oğlu, Səttar Möhbalıyevin "sağ əli" vəzifəsindən azad edildi
Sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi – maliyyə şöbəsinin müdiri Qalib Qəribov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Q.Qəribov əsas şöbələrdən birinin müdiri kimi keçmiş sədr Səttar Möhbalıyevin "sağ əli" hesab olunurdu.

Xatırlatma: 2024-cü ilin avqustunda Səttar Möhbalıyev AHİK-in sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən, qızı Lalə Möhbalıyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad ediliblər. Eləcə də, qurumun tabeliyindəki bəzi təşkilatların rəhbərləri istefaya göndəriliblər. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb.//pravda.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru