Məşhur restorandan narazılıq - Müştərilər şikayət edir

17-12-2024, 10:51           
Məşhur restorandan narazılıq -
Referans.az xəbər verir ki, Bakının məşhur restoranlarından sayılan “Kolorit”lə bağlı vətəndaşlardan biri öz sosial şəbəkə hesabında şikayət edib. Əfqan Quliyev adlı sosial şəbəkə istifadəçisi bildirib ki, o şəhərin mərkəzində yerləşən Kolorit restoranından narazıdır.

Belə ki, müştəri iddia edir ki, bu restoranda sadəcə olaraq ədviyyat belə pulla təklif edirlər. Vətəndaş onu da bildirib ki, bir burger və 1 stəkan çayın qiyməti həddən artıq bahadır. Üstəlik sifariş verilən yeməkdən də pis qoxu gəlir.

Əfqan Quliyev həmçinin iddia edir ki, belə pis qoxunun olması yeməyin köhnə yağda bişirilməsi səbəbindəndir. Sonda vətəndaş ödədiyi məbləğlə bağlı qəbzin fotosunu da paylaşıb. Həmin fotonu sizə təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.