10 min AzTU tələbəsi qısa müddətdə bir neçə rəqəmsal sənəd əldə ediblər
Bu gün, 09:44
İRİA gərək myGov-un populyarlaşması işlərini daha da gücləndirsin.
Bu prosesi daha da sürətləndirmək üçün stimullaşdırıcı addımlar, rəğbətləndirmə, müəyyən mükafatlar təsis etmək pis olmazdı.
Təsəvvür edin qısa bir zamanda AzTU-nun 10 min tələbəsi myGov -u telefonlarına yükləyib və SİMA ilə qeydiyyatdan keçiblər. İRİA, ETN və universitet rəhbərliyinin səyləri ilə bu proses uğurla başa çatıb.
Yəni 10 min tələbə bir anda rəqəmsal tələbə kartı, rəqəmsal şəxsiyyət vəsiqəsi və digər rəqəmsal sənədlər əldə ediblər .
AzTU-nun tələbə könüllüləri, Universitet daxili icmalar da bu prosesin təşkilində aktiv iştirak ediblər.
Digər universitetlərin və müəssisələrin də kütləvi olaraq bu prosesə qoşulması, myGov və digər rəqəmsal resursları tanıması və istifadə etməsi ölkədə rəqəmsal transformasiyanı xeyli sürətləndirə bilər.
Təcrübə göstərir ki, qurumlarda birinci şəxslərin bu prosesə münasibəti mühüm rol oynayır.
P.S. AzİnTelekom da gərək SİMA-nın populyarlaşması üçün onun kütləvi olaraq qeydiyyatını təşkil edən qurumlara qarşı həvəsləndirici mükafatlar müəyyənləşdirsin.
Osman Gunduz
TEREF