ABŞ fermerlərinin tariflər və kənd təsərrüfatı qanun layihəsi ilə bağlı gözləntiləri

Bu gün, 16:18           
ABŞ fermerlərinin tariflər və kənd təsərrüfatı qanun layihəsi ilə bağlı gözləntiləri
ABŞ fermerləri ümid edir ki, prezident seçilən Donald Trampın kənd təsərrüfatı naziri vəzifəsinə seçimi ticarət siyasəti və kənd təsərrüfatı qanunvericiliyini idarə edərkən, onların narahatlıqlarını anlayacaq.

İllinoys ştatının Henri Qraflığından fermer Stiv Naytingeyl və ştat boyu fermerlik icmasının yüzlərlə nümayəndəsi ABŞ-ın ticarət siyasəti ilə bağlı qeyri-müəyyənlik şəraitində irəliyə doğru yolu müzakirə etmək üçün Kənd Təsərrüfatı Bürosunun bu ay Çikaqoda keçirilən illik iclasında bir araya gəlib.

“Hazırda kənd təsərrüfatı iqtisadiyyatı yaxşı deyil. Tarif ehtimalı, və bu ikisinin birləşməsi bizi bir az narahat edir,” Henri Qraflığının Kənd Təsərrüfatı Bürosundan Stiv Naytingeyl deyir.

ABŞ Kənd Təsərrüfatı Departamentinin 2024-cü ilə olan proqnozu Birləşmiş Ştatlar boyu fermerlərin 2022-ci ilin pik nöqtəsi ilə müqayisədə fermerlik gəlirlərinin təxminən dörddə birini itirəcəklərini göstərir. Bununla belə onların, gübrə daxil olmaqla, xərclərinin qiyməti indiyə qədərki ən yüksək səviyyədədir. Naytingeyl prezident seçilən Donald Trampın sosial mediadakı postlarında qeyd etdiyi ABŞ-ın bəzi ticarət tərəfdaşlarına tariflər tətbiq etmək planlarını həyata keçirdiyi halda iqtisadi böhranın daha da artmasından narahatdır.

“Başqa ölkələr bizə qarşılıq verəndə, onlar bizim dolanışıq vasitəmizi hədəf alırlar ki, bu da kənd təsərrüfatıdır,” Naytingeyl deyir.

Henri Qraflığı Kənd Təsərrüfatı Bürosunun prezidenti olan Naytingeyl ümid edir ki, Trampın ABŞ Kənd Təsərrüfatı Departamentinin rəhbər vəzifəsinə namizədi Bruk Rollins onun tariflərlə bağlı narahatlıqlarını və bu ilin əvvəlində müddəti bitən kənd təsərrüfatı qanun layihəsini əvəzləyəcək yeni qanun layihəsinin qəbul edilməsinin vacibliyini idrak edəcək.

“Biz bir az təəccüblənmişdik, çünki onun adı heç vaxt bizim gördüyümüz siyahılarda yox idi” LaSalle Qraflığı Kənd Təsərrüfatı Bürosundan Deyvid Ayserman deyir.

Deyvid Ayserman İllinoys ştatının LaSalle Qraflığında Stritor şəhəri yaxınlığında fermerlik edir. LaSalle ölkə boyu ən çox qarğıdalı və soya istehsal edən qraflıqlardan biridir.

“Onda digər kənd təsərrüfatı nazirlərində olan təcrübə yoxdur, amma bu o demək deyil ki, o pis seçim olacaq. Biz gözləyib görəcəyik,” o deyir.

Bir öncəki Tramp administrasiyasında Ağ Evin Daxili Siyasət Şurasının müvəqqəti direktoru vəzifəsində çalışan Rollins Texas A & M Universitetinin kənd təsərrüfatı idarəçiliyi fakültəsindən məzun olub.

“Onun kənd təsərrüfatı sahəsində bir az təcrübəsi var və ümid edirəm ki, o açıq fikirli olacaq və fermerləri dəstəkləyəcək. Və o bunu edəcəyini deyib,” Ayserman deyir.

Ayserman həmçinin ABŞ-ın dəyişən kənd təsərrüfatı siyasətinə açıq fikirli bir şəkildə yanaşmağa çalışır.

“Yeni prezident vəfizəyə gələnə qədər, biz nəyin baş verəcəyini bilməyəcəyik. Amma biz eşitmişik ki, o, Kanada ilə danışıqlar aparır və deyilənə görə, onlar məhsuldar keçib. Yəni ola bilər ki, Kanada ilə bu, nəticə versin,” o deyir.

“Mən sadəcə olaraq hökumətin siyasəti üzərində qurulan kənd təsərrüfatı modeli istəmirəm,” Dan Miller deyir.

Dan Miller Steward şirkətinin baş icraçı direktorudur. Bu şirkət investorları fermerlər və başqa istehsalçılarla bir araya gətirir. Miller deyir ki, tariflər ABŞ fermerlərinin istehsal etdikləri məhsullar və bu məhsulları satdıqları yerlər arasında daha çox müxtəlifliyin olmasını təşviq edə və bu da onların qarğıdalı və soya ixracından asılılığını dəyişərək, digər məhsulların istehsalının artırılmasına gətirib çıxara bilər.

“Böyük ölçüdə siyasət və dövlətin dəstəyi üzərində qurulan bir model var. Mənim işlədiyim fermerlərin çoxu bunun belə olmasını istəməzdi. Onlar sadəcə olaraq bunun içində ilişib qalıblar. Onlar ona görə qarğıdalı və soya yetişdirirlər ki, onu taxıl konveyerinə atıb, ödəniş alırlar,” Dan Miller deytir.

Miller istənilən məhsulun istehsalını dəyişdirməyin uzun, bahalı və mürəkkəb bir proses olduğunu və bunun üçün yeni infrastruktura ehtiyacın olduğunu etiraf edir, amma o ümid edir ki, tariflər və ABŞ-ın kənd təsərrüfatı ilə bağlı debat siyasətin dəyişməsinə imkan verəcək.

“Biz sadəcə olaraq azad bazar istəyirik,” Naytingeyl deyir.

Naytingeyl qarğıdalı və soya məhsulu üçün yeni alıcılar istəsə də, Ayserman ABŞ-ın ticarət və kənd təsərrüfatı siyasətində daha çox müəyyənliyin olmasına da razıdır.

“Biz bizdən, kənd təsərrüfatından alət kimi istifadə edirik, bu da məni narahat edir,” o deyir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.