İlon Mask və onun şirkəti yoxlamadan keçir

18-12-2024, 10:22           
İlon Mask və onun şirkəti yoxlamadan keçir
İlon Mask və onun "SpaceX" şirkəti milli təhlükəsizliyin qorunmasına yönəlmiş qaydalara uyğunluq üçün ən azı üç federal araşdırma ilə üzləşib.

Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə və şirkətin daxili sənədlərinə istinadən "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, yoxlamalar ABŞ Hərbi Hava Qüvvələri, Müdafiə Nazirliyinin baş müfəttişi və müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavininin təşəbbüsü ilə keçirilib.

Bildirilir ki, araşdırmalar milli təhlükəsizlik məsələlərini tənzimləyən federal hesabat tələblərinin mümkün pozulması ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru