Gəncə təhsilini elə batırıblar ki...

Bu gün, 09:56           
Gəncə təhsilini elə batırıblar ki...
Gəncə təhsil ocaqları ilə bağlı dəfələrlə Seher.media xəbər portalının redaksiyasına şikayətlər daxil olub. Hər dəfəsində adı çəkilən məktəblərin daxilində baş verən problemlərlə bağlı araşdırma apardıqda, sonda məlum olub ki, məktəb direktorları onların qanunsuz əməllərinə susmayan müəllimləri sıxışdırmaq, onları təhsildən uzaqlaşdırmağa cəhd edir.
Növbəti Gəncə məktəbi isə M.A.Abbaszadə adına 20 saylı tam orta məktəbdir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ibtidai sinif rəhbərləri direktor
xanım Mahmudovanın əsas hədəfidir. Sinif rəhbərlərini öz prinsiplərini həyata keçirmək üçün sıxışdıran məktəb direktoru Mehriban xanım hətta sinifləri əllərindən alır, dərs saatlarını satır.
İddia olunur ki, ibtidai siniflərə məktəbə qədər hazırlığı da pul ilə keçən bu 20 saylı orta məktəb direktoru, bundan əlavə hazırlıq üçün müəllimlərdən də əlavə vəsait alır.
Redaksiyamıza daxil olan digər məlumatda bildirilir ki, hazırda Bələdiyyə seçkiləri üçün məktəblərdə yaradılan seçki məntəqəsinin biri də 39 saylı Gəncə II dairə seçki komissiyasının 20 və 21 saylı məntəqələri 20 saylı orta məktəb olmasına baxmayaraq, qanunları pozaraq seçkidə üzv kimi yer alan müəllimlər eyni zamanda dərs yükü ilə təmin olunublar.
Bu və digər iddialarla bağlı qarşı tərəf kimi Gəncə 20 saylı tam orta məktəbin direktoru Mehriban xanım ilə əlaqə saxlayıb məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da, məktəb direktoru kobud cavabı ilə bildirdi ki, Regional İdarə məsələ ilə bağlı istədiyiniz açıqlamanı verə bilər. Bizi narahat etməyin...
Yəqin ki, direktor zamanında müvafiq regional təhsil idarəsinin rəhbəri Anar Qədiməliyeva çox güvənib. Elə isə 9indi nə deyəcək? Təbii ki. o - direktor yox... Yeni rəhbərlik... Bunu isə zamanla görəcəyik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.