İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək

19-12-2024, 11:44           
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək
Bu ilin iyul ayında ləğv edilən "Naxçıvanbank” ASC-nin hüquqi varisi olan "E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə heyətinin sədri İsa Bünyad oğlu İsayevin qanuni təmsilçi olduğu daha 2 şirkət dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com xəbər verir ki, "Head Property” MMC (VÖEN - 0201658481 ) və "Region Property” MMC (VÖEN - 0201657841 ) adlı şirkətlər müvafiq olaraq 1 700 000 manat və 600 000 manat nizamnamə kapitalları ilə yaradılıblar.

"Head Property” MMC-nin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 27-də, "Region Property” MMC-nin hüquqi ünvanı isə Naxçıvan şəhəri, Nəsirəddin Tusi ev 4 ünvanında yerləşir.

Məlumat üçün qeyd edək ki, 1983-cü il təvəllüdlü İsa Bünyad oğlu İsayev Şərur rayonunun Çərçiboğan kəndində anadan olub. İsa İsayev 25 yaşında "Naxçıvanbank” ASC-nin sədr müavini təyin olunub. 2021-ci ildən isə İdarə heyətinin sədri olub.

İsa İsayev 9 fevral 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə 6 saylı Çərçiboğan Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olub. Altıncı çağırış (2020-2024-cü illər) Naxçıvan Muxtar Respublikası Ali Məclisində İqtisadi siyasət komitəsinin sədri olub.

Onu da bildirək ki, daha əvvəl "Naxçıvanbank” səhmlərinin 63,66%-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbova, 20,48%-nin Talıbovun digər oğlu Seymur Talıbova, 9,82%-nin qızı Baharxanım Talıbovaya, 6,04%-i isə həyat yoldaşı Sevil Sultanovaya məxsus oldub. Vasif Talıbov Ali Məclisin sədri vəzifəsindən istefa verdikdən sonra "Naxçıvanbank”ın səhmdarları dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru