“Kapital Bank”dan növbəti təhlükə: MÜŞTƏRİNİN HƏM PULUNU OĞURLADILAR, HƏM DƏ ADINA KREDİT GÖTÜRDÜLƏR
Dünən, 15:44
Bu sözləri jurnalist Pəviz Həşimli paylaşımında qeyd edib: "Kapitalbank bir vətəndaşa kredit verəndə iş yerindən arayış tələb edir. Nəsil-kökündə zəng etmədiyi adam qalmır. Amma kiber üsulla vətəndaşın birbank tətbiqinə daxil olanlardan qoruya bilmir. Demək, bir yaxınımızın birbank tətbiqinə müdaxilə olub. Hesabdakı 4500 manat çəkilib. Əlavə olaraq da 1500 manat kredit çəkilib. Bank bu krediti verəndə kart sahibinə niyə bu şübhəli əməliyyat haqqında bilgi vermir? Ən azı zəng edib, sorğu-sual etməliydi. İndi polisdə araşdırılan bu talamaya görə vətəndaşı dirəyir ki, kreditini ödə...
Haker hücumdan güclü müdafiə sistemi qura bilmirsən, vətəndaşın sənə etibar etdiyi pulu qaytarmaq əvəzinə hələ deyirsən ki, krediti ödə bizə dəxli yoxdur.