Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib

19-12-2024, 18:14           
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) 6 sığorta şirkətinə məcburi göstəriş verib.

“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir.

Bunlar “AzSığorta”, “İpək Yolu Sığorta”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat”, “Atəşgah Həyat” və “AzRe Təkrarsığorta” şirkətləridir.

AMB qeyd edib ki, həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı sözügedən sığorta şirkətlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə Qanunun 102.2.8-1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru