Görünən odur ki, Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb

Bu gün, 08:18           
Görünən odur ki, Polisin fəaliyyətində süni intellektin və texnologiyaların rolu xeyli artıb
Yəqin hamımız polisin gündəlik açıqlamalarında, xüsusən də DİN Mətbuat xidmətinin rəisi Elşad Hacıyev in statuslarında rast gəlirik ki, hər gün filan sayda itkin düşənlər, axtarışda olanlar, borcu olanlar və s. tapılıb və aidiyyatı üzrə təhvil verilib.
Bəzilərinə elə gələ bilər ki, bu rəqəmlər reallığı əks etdirmir, hər gün bu qədər insanın tapılması real deyil, sadəcə statistika üçün paylaşılır.
Əslində isə düşünürəm ki, bu tip 2-3 cümləlik məlumatın arxasında bizim görmədiyimiz xeyli məqamlar var.
Diqqət cəlb edən budur ki, polis bütün bunları yalnız təbii intellektin gücü ilə edə bilməzdi.
Görünür ki, son zamanlar süni intellektdən istifadə, texnologiyaların tətbiqi, “Təhlükəsiz Şəhər Sistemi" çərçivəsində aparılan işlər, xüsusilə də COP29-dan öncə şəhərdə video-müşahidə sisteminin gücləndirilməsi işləri uğurlu olub.
Müşahidələr göstər ki, polisin rəqəmsal transformasiyası xeyli güclənib. Biometriyaya əsaslanan yeni rəqəmsal həllər istifadəyə veriblər.
Artıq şəhərdə əvvəlki ənənəvi kameralarla yanaşı, adam boyu hündürlükdə olan , çox güman ki biometrik identifikasiya məqsədilə quraşdırılan kameralara da tez-tez rast gəlmək olur.
Eyni zamanda ötən ildən kiber polis də fəaliyyətə başlayıb. Kiber polis banklarla birləşərək kibercinayətkarlığa və kiber talamalara qarşı bir mərkəz də formalaşdırıblar. Düşünmək ola ki, mobil operatorlarla da birgə fəaliyyət göstərirlər.
Yeri gəlmişkən artıq son zamanlar bu sahədə kibercinayətlərin bir qədər səngidiyi də müşahidə olunur.
Hər gün açıqlanan statistikalara əsasən düşünmək olar ki, DİN video-müşahidədən, toplanan böyük datalardan və süni intellektdən, həmçinin kiber texnologiyalardan effektiv istiafdə edir.
Məhz süni intellekt müxtəlif mənbələrdən gələn böyük həcmli məlumatları real vaxtda analiz edərək axtarışda olanların hərəkət trayektoriyalarını müəyyən etməyə, ictimai təhlükəsizlik kameralarının görüntülərini real vaxtda təhlil edərək və üz tanıma texnologiyası vasitəsilə axtarışda olan şəxslərin tapılmasına kömək edir.
Beləliklə, hər gün açıqlanan statistikalardan görsənir ki, ölkədə artıq itmək mümkün deyil
DİN təhlükəsizliyin təmin olunmasında, itkin düşənlərin və axtarışda olanların tapılmasında süni intellektdən və texnologiyalardan yetərincə bəhrələnir.
Osman Gunduz
TEEF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.