Dövlət qurumları Windows və ofis proqramlarını da mərkəzləşmiş qaydada istifadə edəcəklər

Bu gün, 15:34           
Dövlət qurumları Windows və ofis proqramlarını da mərkəzləşmiş qaydada istifadə edəcəklər
Ötən gün İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.
Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsindən sonra qurumun bu ilk iclasdır. Dəvət olunanlardan da görünür ki, vacib məsələlər müzakirə olunub.
Açıqlanan məlumatlardan görsənir ki, dövlət və özəl sektorda kibertəhlükəsizliyin qorunması istiqamətində ciddi addımlar atılacaq.
Siyahıda olanların reyestri hazırlanacaq, onların üzərinə daha ciddi tələblər qoyulacaq, icraya nəzarət güclənəcək, İT auditlər məcburi olacaq.
Maraqlıdır ki, iclasda dövlət qurumlarında mərkəzləşmiş qaydada istifadə olunan antiviruslarla yanaşı, Windows əməliyyat sistemi və ofis proqramlarının da mərkəzləşmiş qaydada olacağı bildirilib. Məlum olduğu kimi hazırda XRİTDX bütün dövlət qurumlarına mərkəzləşmiş qaydada, Eset və Palo Alto-nun təhlükəszilik həllərindən istifadəni tövsiyyə edir.
Xatırladıram ki, bir müddət öncə qurum auditlər keçirirərək xeyli sayda dövlət qurumunun kompüterlərində boşluqlar tapmış və bu barədə açıqlama vermişdilər. Düşünmək olar ki, bəzi dövlət qurumları lisenziyasız məhsullardan istifadə ediblər və nəticədə təhlükəsizliklə bağlı problemlər yaranıb.
Yəni görünən odur ki, qarşıdakı dövrdə dövlət qurumları artıq tender yolu ilə Windows və ofis proqramları əldə edə bilməyəcəklər.
Çox güman ki, bununla da hökumət həm də xərclərə qənaət etməyi hədəfələyib.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.