İKTA ən bərbad müştəri məmnunluğu olan provayderlərin siyahısını dərc etdi, amma mobil operatorlar bu siyahıda yoxdur

20-12-2024, 16:14           
İKTA ən bərbad müştəri məmnunluğu olan  provayderlərin siyahısını dərc etdi, amma mobil operatorlar bu siyahıda yoxdur
Beləliklə, İKTA nəhayət ki, ən çox şikayət olunan provayderlərin siyahısını dərc etdi.
İctimai nəzarətin, ictimai qınağın təşkili baxımından, gec də olsa təqdirəlayiq bir haldır.
Nəticələri şübhə altına almaq istəməzdim.
Amma növbəti addımda ilk olaraq bunun təqdimatını etmək, bu datanın E-şikayət sistemindən generasiyasını maraqlı tərəflərə ağlabatan formada təqdim etmək şəffaflıq, etibarlılıq və güvənlik baxımından daha məntiqli olardı.
Həm də, növbəti addımda şirkətləri deyil, onlara aid olan provayderləri, cəmiyyətə məlum olan tanınmış brendlərin adlarını təqdim etmək doğru olardı.
Nəhayət, sonuncu ictimai əhəmiyyət kəsb edən sual budur ki, bəs mobil operatorların şikayət indeksi nə üçün açıqlanmayıb ?
İstənilən halda, bir daha vurğulamaq istərdim ki, İKTA-nın bu siyahını dərc etməsi və müntəzəm olaraq yeniləyəcəyini elan etməsi təqdirə layiqdir.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru