Şolts Moskvaya gedir? - Peskovdan açıqlama

21-12-2024, 10:28           
Şolts Moskvaya gedir? - Peskovdan açıqlama
Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu bildirilən Almaniya kansleri Olaf Şolts sülh missiyası ilə Moskvaya gələ bilər.
Bu haqda “Der Spigel” jurnalı məlumat verib və bildirib ki, Şoltsun özü hələ məsələ ilə bağlı heç nə vəd etməyib.
Nəşrin yazdığına görə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin üzvləri qəti əmindirlər ki, kansler yaxın günlərdə Moskvaya sülh missiyası ilə gedəcək.
Bu məlumat Xristian Demokrat İttifaqı (XDİ) partiyasının bəzi üzvləri tərəfindən deyilib.
Məsələyə aydınlıq gətirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Almaniyadan Şoltsun ​​mümkün səfəri ilə bağlı heç bir açıqlama və ya təklif almadıqlarını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru