"Metroda gediş haqqının maya dəyəri illərdir şişirdilib ki, gediş haqqını buna əsasən artırsınlar." - Ekspert danışır

27-01-2025, 12:24           
"Metroda gediş haqqının maya dəyəri illərdir şişirdilib ki, gediş haqqını buna əsasən artırsınlar." - Ekspert danışır
Hesablama Palatası rəsmi açıqlama yaydı ki, Metroda gediş haqqının maya dəyəri illərdir şişirdilib ki, gediş haqqını buna əsasən artırsınlar. Yəni, həm büdcədən oğurlayıblar, həm də vətəndaşın cibinə giriblər.
Bu haqda 10 ildən çoxdur ki, danışırdıq, 2015, 2016, 2017-ci ildən bu günə, bəlkə də, 30-40 dəfə bu haqda danışmışıq.
2017-ci ildə verdiyim açıqlamadan sitat: "Qeyd edək ki, iqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır. Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: “Gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər. Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır. Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini doğru hesablamaq mümkündür".
8 ildən sonra bunu hökumət etiraf etməyə məcbur oldu...
Natig Cəfərli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru