Mingəçevirdə nonsens: DİREKTORA GÖRƏ MÜAƏLLİM YAP-DAN İMTİNA EDİR (TƏFƏRRÜAT)

28-01-2025, 16:30           
Mingəçevirdə nonsens: DİREKTORA GÖRƏ MÜAƏLLİM YAP-DAN İMTİNA EDİR (TƏFƏRRÜAT)
Azərbaycan son illər ərzində nümayiş etdirdiyi yüksək inkişaf tempi ilə həm yerləşdiyi regionda lider dövlətə çevrilib, həm də beynəlxalq qurumların və dövlətlərin diqqətini özünə cəlb edə bilib. Ölkə başçısı, Ali Baş komandan İlham Əliyevin apardığı qətiyyətli siyasət və ordumuzun sücayəti ilə otuz illik vətən həsrətinə son qoyuldu. İnsanlar arasında Ölkə Başçısına olan inam birə min artdı. Ölkə Başçısına olan inamla yanaşı Cənab Prezidentin sədri olduğu hakim partiyaya YAP-a olan inam etibar artdı.
Amma deyəsən ölkədə elə məmurlar var ki, Heydər Əliyevdən bizə miras qalan YAP-ın sırlaranın artmasını həzm edə bilmir. Onlardan biri də Mingəçevirdə Şəhid Fəxrəddin Qasımov adına musiqi məkətbinin direkroru Səttar Orucovdur. Çünki S.Orucov rəhbərlik etdiyi məktəbdə YAP-a üzv olan və şəhərdə keçirilən dövlət tədbirlərində daima öndə olan şəxsləri məktəbdə tutduğu vəzifəsindən kənarlaşdırıb YAP-a üzvü olmayan şəxsləri vəzifəyə gətirir. Məhs bu səbəbdən də məktəbin müəllimlərindən biri saytımıza müraciət edərək bildirib ki, direktor Səttar Orucovun etdiklərinə etiraz olaraq YAP üzvülüyündən imtina edir. Son günlərdə Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına olan musiqi məktəbində bu qəbildən olan söz-söhbətlər, çəkişmələr vüsət halını alıb. Həttdə məsələdən Mərkəzi Aran Regional mədəniyyət idarəsinin rəisi Aydın Bəşirovun və Rəis müavini Qasım Qasımov məlumatı var.
Bizdə müraciəti olduğu kimi sizin diqqətinizə çatdırırq...
"Mən Mingəçevir şəhər Şəhid Fəxrəddin Qasımov adına musiqi məktəbinin müəllimi yazıb sizdən xahiş edirik ki, bizim şikayətinizi ictimailəşdirəsiniz. Belə ki, məktəbimizə yeni müdir təyin edilmiş Səttar Orucov məktəbə etdikləri ilə qısa zamanda pedaqoji heyətin nifrətini qazanıb. Sonuncu etdiyi hərəkət isə bardağı daşıran son damla oldu. Belə ki, məktəbin fortopiano şöbəsinin rəhbərini heçbir xəbərdarlıq və səbəb göstərilmədən tutduğu vəzifədən kənarlaşdıraraq yerinə məktəbdə müəllim işləyən Kəmalə Abdullayevanı təyin edibdi. Direktor əvəzedicisi Səttar Orucov Fortopiano şöbəsinin müəllimləri ilə məsləhətləşmədən özbaşına qərar verib. Qeyd edək ki, vəzifəsindən çıxarılan A. Kərimova həm həmkarların və YAP-ln üzvüdür, lakin yerinə təyin edilən Kəmalə Abdullayeva nə YAP-ın, nə də həmkarların üzvü deyil. Səttar Orucov etdiyi bu hərəkətlə təccüb doğurub. Belə ki, 25 il YAP-ın üzvü olan bir müəllimi vəzifəsindən uzaqlaşdıraraq yerinə YAP-a üzv olmayan birini təyin etdikləri üçün mən İsmayılova İlahə Əlif qızı YAP sıralarından azad olunmağımı xahiş edəcəm və qərarımı YAP-ın Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mutafayevə də bildirəcəm. Sizdən də xahiş edirəm ki, mənim bu qırarımı ictimailəşdirəsiniz...”
7news.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.