Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib

Dünən, 07:17           
Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Dövlət Su Ehtiyatları Agentliyində islahatlar aparılsada bir çox qurumların idarə rəisləri yenə də "köhnə qaydalarla" işləməkdə davam edir.

AzFakt.com xəbər verir ki, "ənənəvi metodlara" sadiq qalan idarə rəislərindən biri də Biləsuvar Suvarma Sistemləri İdarəsinin müdiri Ədalət Babayevdir.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə yenidən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəis təyin edilən Ədalət Babayev adı çəkilən qurumda "ailə podratı" yaradıb.

Saytımıza daxil olan məlumata görə Ədalət Babayev oğlunu mühəndis, baldızı oğlunu isə müavin təyin edib. Bildirilir ki, Ədalət Babayev oğlu Orxan Rəşidlinin vəzfisəni 4 ay müddətində 3 dəfə dəyişib. Belə ki, Orxan Rəşidli sınaq müddətində ilk öncə 1-ci texnik təhcizatda mühəndis, sonra ümumi şöbədə mühəndis, daha sonra isə su bölgüsündə mühəndis təyin edilib.

Digər məlumatda bildirilir ki, hazırda Biləsuvar Suvarma Sistemlərini Ədalət Babayevin baldızı oğlu və müavini Elsəvər Həsənov idarə edir. Yanacaq məsələlərindən tutmuş, texnikaların təhcizatı və hərəkətinə qədər bütün işləri əlinə alan Elsəvər Həsənovun yaxın gələcəkdə Ədalət Babayevin dəstəyi ilə başqa bir rayona idarə rəisi təyin ediləcəyi iddia edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.