Mal və quzu ətinin qiyməti ARTDI

29-01-2025, 09:00           
Mal və quzu ətinin qiyməti ARTDI
Son zamanlar mal və quzu ətinin qiymətində artım müşahidə edildiyi barədə məlumatlar yayılıb.

TEREF Real TV-yə istinadən məlumat verir ki, paytaxt bazarlarındakı qiymətlər demək olar ki, eynidir.

Dana əti 15-16 manata, quzu əti isə 20-24 manata təklif olunur. Sümüksüz və sümüklü ət arasında isə qiymət fərqi var.

Satıcılar bildiriblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstərirlər.

Statistikaya görə isə son 10 ildə iribuynuzluların sayı 5 % azalıb. Bunun da qiymətlərin artmasına səbəb olduğu deyilir.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru