Dövlət qurumundan yas mərasimləri ilə bağlı AÇIQLAMA

29-01-2025, 09:36           
Dövlət qurumundan yas mərasimləri ilə bağlı AÇIQLAMA
"Yasların təşkili ilə bağlı ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir".
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, yas mərasimləri dini tərəflərə malik olmaqla yanaşı, həm də sosial-mədəni proseslərin tərkib hissəsidir.

"Azərbaycanın müxtəlif bölgələrində yerli sakinlər, ictimaiyyət nümayəndələri tərəfindən irəli sürülən bu cür təşəbbüslər ümumilikdə uzun müddət cəmiyyətdə gedən müzakirələrin nəticəsi kimi meydana çıxıb. Yas mərasiminin təşkili normativ-hüquqi aktlarla tənzimlənən proses deyil və bununla bağlı hər hansı dövlət orqanının üzərinə düşən konkret səlahiyyətlər yoxdur. Lakin bu mərasimlərdə ifratın və təmtərağın qarşısının alınması barədə təşəbbüslər müsbət qiymətləndirilə bilər. Hesab edirik ki, yas mərasimlərinin təşkili ilə bağlı uzun illər ərzində formalaşmış ənənənin dəyişdirilməsi üçün cəmiyyətdə ümumi konsensusun formalaşması zəruridir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru