Kapital Bank rəsmi açıqlama veribmi, üzrxahlıq edibmi?

31-01-2025, 10:18           
Kapital Bank rəsmi açıqlama veribmi, üzrxahlıq edibmi?
Başım qarışdı işlərə, ötən günlər baş verənlərlə bağlı Kapital Bank-ın rəsmi açıqlamalarına, problemin nədən qaynaqlandığına, üzrxahlığına rast gəlmədim.
Bir az göz gəzdirdim rəsmi resurslarına, ağlabatan bir şey tapa bilmədim.
Birbank tətbiqinin 7 saat müddətində çökməsi ilə bağlı rəsmi açıqlama, üzrxahlıq olubmu?
Xatırladıram ki, o cür ciddi bir problemdən sonra bütün ölkə üzrə ən böyük şəbəkəyə malik olan bir bankın heç bir açıqlama verməməsi və üzr istəməməsi bankçılıq etikası və beynəlxalq standartlara uyğun deyil.
Hətta belə hallardan sonra adətən banklar müştərilərinə kompensasiya olaraq kiçik hədiyyəılər də təqdim edirlər.
Eyni zamanda tənzimləyici qurumun, Mərkəzi Bankın baş verənləri dəyərləndirməsi, əgər problem Kapital Bank-dakı çatışmazlıqlar və qeyri-peşəkarlıqla bağlıdırsa buna münasibət bildirməsi, bununla bağlı açıqlaması da məntiqli və doğru olardı.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru