Azərbaycanda direktor müəllimi TƏHQİR ETDİ: "Ay eşşək..." - VİDEO

7-02-2025, 09:13           
Azərbaycanda direktor müəllimi TƏHQİR ETDİ: "Ay eşşək..." - VİDEO
Göygöl rayonunda məktəb direkorunun müəllimi təhqir etdiyi əks olunan video yayılıb.

TEREF "publika.az"-a istinadən xəbər verir ki, görüntülər Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbdə çəkilib.

İddia olunur ki, məktəbin direktoru Vəfa Əmiraslanova Ramiz adlı müəllimi təhqir edir.

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər Rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb. Bu barədə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib:

"Günorta saatlarından məlumatım var. Nəzərinizə çatıdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarələr 5-günlükdür. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq. Fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru