Bakıda nömrəsi özündən qat-qat baha olan "Moskvich" - FOTO

11-02-2025, 12:24           
Bakıda nömrəsi özündən qat-qat baha olan "Moskvich" - FOTO
Sosial şəbəkələrdə yayılan yeni video müzakirələrə səbəb olub.

TEREF xəbər verir ki, kadrlarda "Moskvich" markalı avtomobil görünür, lakin ən diqqətçəkən məqam avtomobilin özü deyil, onun bahalı qiymətə olan dövlət qeydiyyat nömrə nişanıdır. Belə ki, maşının üzərindəki nömrə nəqliyyat vasitəsinin özünün dəyərindən olduqca bahadır. Hətta nömrənin qiymətinin 100 min manat olduğu da iddia edilir.

Qeyd edək ki, bahalı nömrələrin avtomobil sahibləri üçün status simvolu olduğu məlumdur. Bir çox ölkələrdəki kimi, xüsusi seriyalı və ya "gözəçarpan" nömrələr daha baha qiymətə satılır.

"Moskvich" markalı avtomobillər, əsasən, sovet dövründə istehsal olunub və hazırda onların qiyməti modelindən və vəziyyətindən asılı olaraq dəyişir. Hazırda bazarda 1500-5000 AZN arasında təklif olunur. (Ölkə.az)














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru