Deputat qardaşını icra başçısı təyin etdirmək istəyir? - İDDİA
Bu gün, 16:40
Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov yaxın günlərdə icra başçısı təyin edilə bilər.
Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda bildirilir.
A.Mahmudovun konkret hansı rayona başçı göndəriləcəyi deyilməsə də, onun Astara və ya Lənkərana başçı təyin ediləcəyi barədə məlumatlar yayılmaqdadır.
Qeyd edək ki, bir müddət əvvəl sosial mediada astaralıların rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevdən daha çox birinci müavin Allahverən Mahmudova inandıqları, onun qəbuluna daha çox sakinin gəldiyi barədə məlumatlar yayılmışdı.
Allahverən Mahmudovun qardaşı Milli Məclisin deputatı Rəşad Mahmudovdur.
R.Mahmudovun da qardaşının icra başçısı postuna gətirilməsi üçün səy göstərdiyi iddia edilir.