Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? - Video
Dünən, 15:38
Qarlı, buzlu yolda baş verən qəza zamanı avtomobilinə ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir.
Sürücülər arasında belə bir fikir var ki, meteoroloji şəraitə görə, qəza baş verdikdə hərə öz avtomobilini təmir etdirməlidir.
Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, bu, kökündən yalnış bir fikirdir və belə yanaşma düzgün deyil.
Ekspert deyir ki, qəzaya səbəb olan sürücü bu işə görə mülki məsuliyyət daşıyır. Bəzən sürücülər belə havada qəza zamanı sığorta şirkətini çağırmırlar ki, sığorta tarixçəsi korlanmasın.
Bəs qarlı-şaxtalı havada bir neçə avtomobilin işturakı ilə zəncirvari qəza baş verdikdə sığorta ödənişi necə tənzimlənir?