Görünən odur ki, yaxın illərdə Azərbaycanın hətta Bolqarıstana belə çatması müşkil görünür...

Bu gün, 11:34           
Görünən odur ki, yaxın illərdə Azərbaycanın hətta Bolqarıstana belə çatması müşkil görünür...
Əhalisi 10.5 milyon nəfər olan Çexiyada 2024-cü ildə rəsmi minimum əmək haqqı ayda 18 900 kron (təxminən 745 avro) təşkil edir. Saatlıq tarif 112,50 krondur (4,5 avro) . 37,800 krondan (1,485 avro) başlayaraq aylıq əmək haqqı yaxşı maaş hesab olunur. Orta aylıq əmək haqqı isə 1820 avroya bərabərdir.
TEREF yazır ki, bu barədə Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli məlumat verir. Daha sonra juralist yazır:
Çexiyada ən yüksək maaşı (orta aylıq əmək haqqı) paytaxt Praqada alırlar-2170 avro. Ən aşağı maaş isə bugünlərdə istirahətdə olduğum Karlovı Varı bölgəsində isə maaş ən aşağı həddədir:-1580 avro...
Avropada ən yüksək maaş (illik orta statistik) Lüksemburqda verilir: -72. 200 avro. Ən azı isə Bolqarıstanın payına düşür:- 10.300 avro.
Maaş baxımından Çexiydan geri qalan ölkələr isə bunlardır: Xorvatiya, Slovakiya, Yunanıstan, Polşa, Rumıniya, Macarıstan və Bolqarıstan.
Bu arada isə Azərbaycanda orta statistik aylıq maaş 579.6 dollara bərabərdir. Avro ilə nə qədər edir, özünüz hesablayın...
Görünən odur ki, yaxın illərdə Azərbaycanın hətta Bolqarıstana belə çatması müşkil görünür...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.