İşçilərin sosial sığortası qanuna əsasən hansı qaydada həyata keçirilir?
7-03-2025, 12:18

1. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin, əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və ya məbləğlırdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
2. İşəgötürənlər - hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında”AR-sı Qanunuilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. İşçinin Əmək müqaviləsində məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub - olunmaması barədə məlumatlar mütləq göstərilməlidir.
3.Kollektiv müqavilələrdə müəssisənin əmək kollektivinin üzvlərinin qanunvericilik ilə nəzərdə tutulan sığortalanma şərtlərindən daha üstün sosial sığorta olunmasının: əlavə formaları, qaydaları, sığorta məbləğləri və sığorta mənbələri müəyyən edilə bilər.
4. İşçilərin sosial sığortası: 1. məcburi dövlət sığortası, 2. onların özləri tərəfindən könüllü sığortalanması və 3. işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.
5. İşçi və işçilərin məcburi dövlət sığortası - işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada,məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
6.İşçilər: öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilərlər.
7. İşəgötürənlər, həmçinin onların birlikləri işçilərin mənafelərinin təmin olunması və ya əmək funksiyasının yüksək səviyyədə yerinə yetirilməsinə maraqlarının artırılması, onların və ya ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı - ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilərlər.
8. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər AR-sıƏmək Məcəlləsi ilə, «Sosial sığorta haqqında», "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir.
9. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial sığorta olunmaq hüququna malikdirlər
10. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur.
11.İşəgötürən“Tibbi sığorta haqqında” AR-sı Qanunu ilə müəyyən olunmuş qaydada hər bir işçinin icbari tibbi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin icbari tibbi sığortalanması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir.
Azer Quliyev
TEREF