İşçilərin attestasiyadan keçirilməsini -əmək münasibətlərində ədalətli qanun və qayda hesab etmək ola bilərmi?
Bu gün, 09:28

Hesab edirəm ki, işçilərin: attestasiya və ya sertifikasiyadan keçirilməsi qaydaları, Əmək Məcəlləsində - müddətli Əmək müqaviləsin- dən sonra ən böyük ikinci problemdir. Sual olunur:
1. İşçilərin attestasiya və ya sertifikasiyadan keçirilməsi, bunun nəticəsində isə işçilırlə bağlanmış Əmək müqaviləsinin ləğvedilməsi nə dərəcədə ədalətli, məntiqli və qanunidir?
2. Ən ədalətsiz hal ondan ibarətdir ki, norma və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulur.
3.Əgər qeyd olunan bu normalar və qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulursa nədən və hansı səbəb və ya əsaslardan işəgötürənlər bu Məcəllədə nəzərdə tutulmayan digər: imtahanlar, test, müsahibə, qiymətləndirmə, sınaq müddəti və s. qanunsuz metodlardan istifadə edir və işçilərlə bağlanmış Əmək müqaviləsini ləğv edir?
4. Bu halda maraqlı bir sual yaranır və bu sualı həll etmək nədən bu qanunları qəbul edənləri maraqlandırmır. Məgər, hər bir işçi müvafiq vəzifəyə təyin olunarkən: mühəndis, müəllim, həkim, hüquqşünas və sair olsun - qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahanlar, test, müsahibə, qiymətləndirmə, sınaq müddəti, müddəti əmək müqaviləsi və sair yoxlamalardan keçib, həmin bu vəzifəyə təyin olunmurmu?
5. Əgər işçi, qanunvericiliklə nəzərdə tutulan qaydada: imtahanlar, test, qiymətləndirmə, müsahibə,sınaq müddəti və s.yoxlamalardan keçib, həmin vəzifəyə təyin olunursa və ya bu vəzifəyə layiqdirsə, bu halda həmin işçi əmək münasibətlərində olduğu müddətdə onun bilik və bacarığı, peşəkarlığı, təcrübəsi azalmır, əksinə artır.Bu halda nədən həmin işçi müəyyən müddət keçdikdən sonra, müəyyən təcrübə qazandıqdan sonra attestasiya və ya sertifikasiyadsn keçməli, keçə bilmədikdə isə Əmək müqaviləsi ləğv olunmalıdır.
6. Əgər işlədiyi müddətdə işçi əmək vəzifəsi və funksiyasını yerinə yetirə bilmirsə, bu hal da onunla bağlanmış Əmək müqaviləsi - AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə də ləğv edilə bilər.
7.Kimsə deyə bilər ki,işçinin işlədiyi müddət ərzində: texnoloji,elm, sənaye, tibb, təhsil və sair sahələrdə yeniliklər və inkişaf olunur və işçilər bunu bilməyə bilər və uyğunlaşmaya bilər. Lakin bunun da həll yolu var: müxtəlif seminar, təlim və ya kurslarla işçinin bu sahədə olan bilik və ya bacarığını artırmaq olar, nəinki, Əmək müqaviləsini ləğv etmək.
8. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında qərar qəbul edir. İkinci qərar isə onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi ilə nəticələnir. Hesab edirəm ki, bu halda attestasiya komissiyası işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə qərar qəbul edə bilməz, yalnız həmin İşçilərim bilik və bacarıqlarını, peşəkarlığını qiymətləndirə bilər.
8. Sonda, yekun olaraq hesab edirəm ki, bu gün Əmək Məcəlləsində olan attestasiya və ya sertifikasiya barədə olan maddi hüquq normaları Əmək Məcəlləsindən çıxarılmalı və bu əsasla işçilərlə bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə əsassız və məntiqsiz müddəalar ləğv edilməlidir.
Azer Quliyev
TEREF