Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri gəlir - İDDİA

Bu gün, 12:16           
Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri gəlir - İDDİA
Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri ilə bağlı məlumatlar gəlir.

TEREF xəbər verir ki, Cavidan İsmayılov üzləşdiyi vəziyyətlə bağlı "Xəzər xəbər"ə müraciət edib.

O bildirib ki, ötən ildən Dövlət Yol Polisi tərəfindən müxtəlif vaxtlarda tətbiq olunmuş cərimələr mesaj şəklində ona göndərilir. Halbuki maşının sahibini tanımır.

Onun sözlərinə görə, özünün maşını olsa da, markası və dövlət qeydiyyat nişanı cərimə gələn avtomobildən fərqlidir. Bu günə qədər kiməsə nə maşın satıb, nə də etibarnamə verib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, vətəndaş şəxsi kabinetində əlaqə nömrəsini səhv qeyd etdiyi üçün belə bir anlaşılmazlıq yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev onu da əlavə edib ki, bu cür problemlə üzləşən şəxslər Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada müraciət etməlidirlər.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.